Messinin millidən gedişinə belə rəy yazdı - “Səni qucaqlayıram...”

Messinin millidən gedişinə belə rəy yazdı - “Səni qucaqlayıram...”
İDMAN
22:45 07.10.2026
90
Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldo əzəli rəqibi Lionel Messinin Argentina yığmasındakı karyerasını bitirməsinə reaksiyasız qalmayıb.

Portuqaliyalı ulduz Messinin rəsmi "Instagram” hesabındakı vida paylaşımına səmimi şərh yazaraq diqqət çəkib:

"Leo, bu qədər il ərzində ölkənin rənglərini qorudun və bu tarix əbədi qalacaq. Argentina ilə əldə etdiyin hər şeyə görə sonsuz hörmətim var. Səni qucaqlayıram”.

Qeyd edək ki, Lionel Messi Argentina millisi ilə həm keçirdiyi oyun (208), həm də vurduğu qol (126) sayına görə mütləq rekordçu kimi tarixə düşüb. O, yığma ilə Dünya Çempionluğu, iki dəfə Amerika Kuboku, Olimpiya qızılı və gənclər arasında dünya çempionluğu da daxil olmaqla bütün mümkün titulları qazanıb.

Xatırladaq ki, oktyabrın 6-da Lionel Messi Buenos-Ayresin "Monumental” stadionunda Argentina forması ilə son matçına çıxıb. Beninlə 3:0 hesabı ilə başa çatan yoldaşlıq oyununda 39 yaşlı əfsanəvi hücumçu 1 qol vurub və 2 məhsuldar ötürmə edərək 21 illik milli karyerasına möhtəşəm nöqtə qoyub. Matçdan sonra paylaşım edən Messi ailəsinə, azarkeşlərə və əbədi xatirəsi olan Dieqo Maradonaya təşəkkür edib.
 
///qafqazinfo///
 

OXŞAR XƏBƏRLƏR