Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi

Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
SOSİAL
14:25 10.03.2026
210
Manset.az xəbər portalı bəzi müğənnilərə efir qadağası qoyulması ilə bağlı məlumat yayımladıqdan sonra müğənni Elxan Qaraxanoğlu saytımızla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

O, müraciətində xəbərin saytdan silinməsini, təkzib olunmasını və üzr istənilməsini tələb edib.

Nərimanov Rayon Məhkəməsində hakim Şəbnur Əzizovanın sədrliyi ilə iclas keçirilib. İclasda iddiaçı Şirinov Elxan Qaraxan oğlunun cavabdeh "Manset.az Media” MMC-yə qarşı tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə qərar çıxarılıb.

Bununla da Elxan Qaraxanoğlunun iddiası təmin edilməyib.

"Manset.az Media” MMC bildirib ki, fəaliyyət göstərdiyi illər ərzində ölkədə səs-küylü müsahibələr, özəl xəbərlər, açıqlamalar və xüsusi reportajlarla istinad mənbəyinə çevrilib. Bu illər ərzində portal heç vaxt dəqiqləşdirilməmiş, yanlış məlumat yayımlamayıb. Daim "Media haqqında” qanuna riayət etmiş, jurnalistikanın etik davranış kodekslərinə sadiq qalıb.
OXŞAR XƏBƏRLƏR