Azərbaycanın əməkdar incəsənət xadimi Elza İbrahimova ağır vəziyyətdə Musa Nağıyev adını Təci Yardım Xəstəxanasına çatdırılıb. Bu haqda AZXEBER.COM-a xəstəxanadan məlumat verilib. Bildirilib ki, 74 yaşlı bəstəkar insult keçirib.
Qeyd edək ki, Elza İbrahimova 1938-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildən Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir.