Elza Seyidcahan göydəki ulduzlara konsert verəcək

ŞOU-BİZNES
10:27 19.02.2011
2069

Elza Seyidcahan bunun üçün kosmosa uçmaq fikrində deyil. O sadəcə Şamaxı Rəsədxanasına getməklə kifayətlənəcək. “Ulduzlarla ziyafət” adlandırılacaq konsertə yalnız və yalnız dəvətnamə ilə düşmək olacaq. Yerlərin də sayı məhduddur – 100 nəfər.

“Bu konsertimə peşəsindən asılı olmayaraq, məni bütün layihələrimdə dəstəkləyən, məni başa düşən insanlar dəvətli olacaq. O, gecə gözəl bir ziyafət olacaq!”, deyə E. Seyidcahan qeyd edib.

Elza xanım söz verdiyi “Elzanın qonşuları” adlı konsertinin də tezliklə realaşacağını bildirdi: “Mən nə söz verirəmsə, Allahın köməyi ilə yerinə yetirirəm. Bu konsertim də baş tutacaq. Dəqiq tarixi tezliklə açıqlayacam”.

Xatırladaq ki, müğənni konsertinə həmçinin köhnə qonşularını da dəvət edəcəyini bildimişdi. Hətta rayonda yaşayan qonşularının konsertə gəlib çıxması üçün avtobuslar təşkil edəcək. E. Seyidcahan konsertdə qonşularına hədiyyə verməklə yanaşı, onlar üçün ziyafət təşkil edəcəyini də vəd edib.

Əməkdar artist Elza Seyidcahan “Elzanın qonşuları” adlanacaq konsertini mart ayında, Dövlət Mahnı Teatrında keçirməyi planlaşdırdığını bildirmişdi.

//ANS Press

OXŞAR XƏBƏRLƏR