ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda parlament seçkilərində səs verən seçicilər arasında keçirilmiş "exit-poll"un nəticələrini açıqlayıb.AZXEBER.COM-un məlumatına görə, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürən əməkdar artist Elza Qasımova (Seyidcahan) seçkidə məğlub olub.
Belə ki, həmin dairədən YAP-ın namizədi Tahir Süleymanov növbəti dəfə deputat seçilib. O seçicilərin 70%-dən çoxunun səsini alıb.