Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olur: "Mənim üçün böyük şərəfdir"

Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olur: "Mənim üçün böyük şərəfdir"
MAQAZİN
17:53 27.03.2017
5379

"Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq hər bir yaradıcı insan üçün şərəfdir. Zaman-zaman ora böyük yazıçılarımız rəhbərlik ediblər. Belə işlərə hər zaman böyük məsuliyyətlə yanaşıram. Özümə də şair demirəm. Şeirlərim məndə uşaqlıqdan formalaşan yazı tərzimdir. Əgər şair kimi bilib dəvət edərlərsə, bundan qürur duyaram".

Bu sözləri açıqlamasında tanınmış müğənni, bəstəkar Elza Seyidcahan bildirib. 

Sayta verilən məlumata görə, tanınmış müğənni Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq üçün müraciət edib. Lakin Elza Seyidcahan  özünün hələ ki quruma müraciət etmədiyini bildirib:
 
"Yazdıqlarımı, şeirlərimi heç zaman Yazıçılar Birliyinə təqdim etməmişəm. Çünki özümə heç zaman şairə deməmişəm. Onu da deyim ki, sosial şəbəkələrdə yazılanların, paylaşılan  şeirlərin çoxu mənə aid deyil. Onları adıma nəzirə kimi yazırlar və şərhlərin çoxu da həmin şeirlərə yazılır. Bu yaxınlarda Almaniyada yaşayan tanınmış rəssamlarımızdan birinin şeirlərimə həsr etdiyi  rəsmlərdən ibarət kitab çap olunacaq. Həmin kitabda mənim əsl şeirlərimi görəcəksiniz.  Yaradıcılıqla uşaq vaxtından məşğul olmuşam. Dayım yazılarımı məşhur yazıçı Cəlal Bərgüşada göstərib. O da deyib ki, uşaqdır, yaradıcılığını davam etməli, çox oxumalı və yazmalıdır. Böyüyəndə özü yazıb-yazmamaq barəsində qərar verər. Elə oldu ki, mən də şeirə yox, musiqiyə çox meyl etdim. Mahnılar bəstələdim. Sadəcə, o mahnılar qeyri-adi olduğu üçün və müğənnilər onlara deyil, daha çox kommersiya mahnılarına müraciət etdiyi üçün məcbur qalıb özüm oxumağa başladım. Yoxsa, müğənni olmaq fikrim də yox idi". 

Elza xanım son günlərdə yaşana bir hadisəni, daha doğrusu, ona edilən bir təklif barəsində də danışıb:

 

"Naxçıvan Muxtar Respublikasında xeyir işdə olduğum zaman məsul şəxslərdən biri mənə yaxınlaşıb dedi ki, sizin şeirlərinizi çox bəyənirik, istərdik ki, sizi Naxçıvan Yazıçılar Birliyinə üzv edək".
 
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi və Qəbul Komissiyasının sədri, xalq şairi Fikrət Qoca Naxçıvan Yazıçılar Birliyinin sərbəst fəaliyyət göstərdiyini qeyd edib: "Amma onların da qəbul işləri olur, bizə yollayırlar, biz də təsdiq edirik".

Bu o deməkdir ki, əgər Naxçıvan Yazıçılar Birliyi Elza Seyidcahanı üzvlüyə qəbul etmək istəsə, qəbulla bağlı bildiriş mütləq Azərbaycan Yazıçılar Birliyinə göndərilməli və orada öz təsdiqini tapmalıdır. Bu barədə bildiriş isə hələlik göndərilməyib.

///modern.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
16:07 24.08.2025
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
15:57 24.08.2025
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
15:53 24.08.2025
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
15:49 24.08.2025
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
Kürdəmirdə yol qəzası olub, ölən var
15:43 24.08.2025
Kürdəmirdə yol qəzası olub, ölən var
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir