Elza Seyidcahandan itlərə sevgi etirafı – FOTOLAR

MAQAZİN
12:32 26.01.2015
1561

“ADDIM” Gənclər Təşkilatı “Park Cinema”nın birgə “Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə” “Kinoya ADDIM-la” adlı layihə çərçivəsində növbəti film nümayişini həyata keçirib.

AZXEBER.COM-un məlumatına görə, layihə çərçivəsində gənclərin izlədiyi növbəti film “Ёлки лохматые” filmi olub.
Tədbirin əvvəlində “ADDIM” gənclər təşkilatının sədri Hüseyn Cavadzadə çıxış edərək yeni ildən layihənin dövlət dəstəyi ilə daha da genişlənəcəyindən xəbər verib. Belə ki, “ADDIM”çılar teatr və muzeylərdə də pulsuz giriş hüququ qazanacaqlar. Daha sonra layihədə ənənə üzrə ulduz qonaq qismində çıxış edən əməkdar artist Elza Seyidcahan gənclərlə fikirlərini bölüşüb. Film nümayişindən sonra gənclər qonaqla fotolar çəkdirib onları maraqlandıran mövzularda diskussiyalar aparıblar.
Sahibinin evini oğrulardan qorumağa çalışan Pirat və Yoka adlı itlərin maraqlı sərgüzəştlərindən bəhs edən filmi izləyən müğənni Elza Seyidcan açıqlamasında fikirlərini bölüşüb:
“Bilirsiz ki, heyvanları çox sevirəm, hətta onlar üçün konsert də vermişəm. Bu gün ailə üzvlərimlə heyvanların əsas rolda oynadığı filmi izləmək inanılmaz zövq verdi. Məni belə filmlərə tez-tez dəvət edin”.
Qeyd edək ki, “Kinoya ADDIM-la” layihəsi çərçivəsində gənclər xüsusi dəvətlərlə ən son filmləri izləmək imkanı qazanırlar.
OXŞAR XƏBƏRLƏR