Əməkdar artist Elza Seyidcahan İnstaqram səhifəsində yeni şeirini paylaşıb.
Tərzi və seçdiyi mövzuları ilə böyük marağa səbəb olan müğənninin şeiri izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Elzanın yeni şeirini təqdim edirik:
Gözlərimə gün düşəndə
Gözlərimin rəngi gülür
Gül çəməndə siz öpüşəndə
Mən görürəm sizi düşünəndə
Düz - təpəmdə
Sürüşəndə, sürüşəndə
Sürüşün görüm,
Sürüşə-sürüşə,
Hara gedəzsiz üzülüşəndə
Onda məni haraylayar
Çağırarsız
Bir-birinizə girişəndə…?
///Publika.az