E.Seyidcahan namizədliyini ürəli sürdüyü dairənin adını açıqlamayıb.
AZXEBER.COM məsələylə bağlı araşdırma aparıb və məlum olub ki, müğənni namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürüb.
O sənədlərini bir neçə gün öncə dairə Seçki Komisiyasına təqdim etsə də, hələ də namizədliyi qeydə alınmayıb.
Qeyd edək ki, həmin dairədən hazırki deputat Tahir Süleymanovdur. O yenidən bu dairə üzrə namizəd olub.