Elzadan matəm melodiyası - Yanan binadan çıxarılmış pianoda (FOTO)

Elzadan matəm melodiyası - Yanan binadan çıxarılmış pianoda (FOTO)
Bütün Xəbərlər
15:56 21.05.2015
2541
Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan paytaxtda yaşayış binasında yanğının baş verdiyi ərazidə olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, müğənni binanın həyətində sakinlərə məxsus, yanmış binadan çıxarılan pianodaFikrət Əmirovun "Prelüdlər" və Lüdviq van Bethovenin "Elizaya" (Bethovenin sevgilisinin ölümünə həsr etdiyi əsər) əsərlərindən melodiyalar ifa edib.

Müğənni APA-ya açıqlamasında ifa etdiyi melodiyanı binada yanğın zamanı ölən insanların ruhuna ithaf etdiyini açıqlayıb: “Demək olar ki, bu gün ölkəmiz matəm içindədir. Çox dəhşətli hadisə idi. Bu gün bura gəlməyi vətəndaş olaraq özümə borc bildim. Həyətdə yanmış fortepianonu görüb düşündüm ki, bu, həmin hadisədə həyatını itirən insanlara, azyaşlılara məxsus ola bilər. Pianoda Bethovenin və Fikrət Əmirovun lirik melodiyalarını çaldım. Bu ifaları həmin hadisədə ölən insanların xatirəsinə ithaf edirəm”.

OXŞAR XƏBƏRLƏR