Elzadan Rasim Balayevə cavab: "Mən kitabımı Rasim müəllimə tövsiyyə edərəm.."

Elzadan Rasim Balayevə cavab: "Mən kitabımı Rasim müəllimə tövsiyyə edərəm.."
MƏDƏNİYYƏT
23:54 27.11.2018
15115
CVN internet televiziyasında qonaq olan xalq artisti Rasim Balayev əməkdar artist Elza Seydcahanın şeir yazmasını tənqid edib.

AZXEBER.COM xəbər verir ki, müğənni Elza Seyidcahan Rasim Balayevə cavab olaraq, unikal.org-a bildirib ki, Rasim Balayevin onun haqqında fikir söyləməsini xoşbəxtlik hesab edir:

"Mən xoşbəxtəm ki, mənim haqqımda Rasim Balayev fikir söyləyir. 1996-1998-ci illərdə Rasim Balayevə milyonda versən mənim "Qəlbin üsyanı" layihəmdə Ramiz Rövşənin və Vaqif Səmədoğlunun sözlərinə olan şeirini söyləməzdi. Mənim sənətimə, istedadıma hörmət olmasaydı gəlib o şeiri orada söyləməzdi. Rasim Balayev elə şəxsiyyətdir ki, onun hislərini pulla almaq olmaz. Rasim müəllim ola bilər mənim olduğu deyilən anonim şeirləri nəzərdə tutur. Ya da ola bilər hansısa verilişdə parça-parça şeir deməyimi eşidib. Ona aydın olmur o fikir. "Mən dəlinin rəssamı" adlı kitabımı Rasim müəllimə tövsiyyə edərəm ya da ona hədiyyə etmək mənim borcumdur. Onun tənqidi də mənim üçün tərifdir. Çünki onlar bizim böyüklərimizdir, biz onları qorumalıyıq".

Əməkdar artist əlavə edib ki, televiziya rəhbərləri onun şeir söyləməsini bəyənir:

"Televiziya rəhbərləri mənim şeirlərimi bəyənməsəydilər məni ARB kanalında şairlər müsabiqəsində münsif əyləşdirməzdilər. Düzdür, bəzi insanlar bunu qəribçiliyə yozdular. Bu gün xalqımız və yazarlar mənə deyirlər ki, o verilişdə olan münsif heyətində ən doğru, dürüst məsləhəti siz və Qulu Ağsəs verirdi. Yəni, demək istəyirəm ki, mən ora xahiş-minnət edib çıxmamışdım. Məni həmin verilişə yalvara-yalvara gətirmişdilər. Orada da şeir yazanların çoxu mənim tərzimdə yazırdılar. Mən Nəsimi, Füzuli, Seyid Əzim Şirvani yox  Elza Seyidcahanam".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"