Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alan tələbələrin valideynləri ilə akademiyanın rektoru Hüseyn Qaraşov və professor-müəllim heyətinin görüşü keçirilib.
AZXEBER.COM-un məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd cari tədris ilində tələbələrin təhsil göstəriciləri və tədris prosesini mənimsəmə səviyyələri haqqında valideynləri məlumatlandırmaq olub.
Tədbirdə habelə müəllim-valideyn münasibətlərinə yeni bir baxışın formalaşdırılması da müzakirə olunub.


