Əməkdar artist Elza Seyidcahanın 15 il öncə bəstələdiyi mahnı nəhayət ki, təqdim ediləcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.
Əməkdar artist bildirib ki, 15 il öncə bəstələdiyi "Sus” adlı mahnını oxumaq üçün bir çox müğənni müraciət etsə də, o, illər sonra mahnını müğənni Ramal İsrafilova verib.
"Bu əsəri 15 il öncə bəstələmişəm. Sözləri gözəl şairəmiz Nuridə Atəşi xanıma məxsusdur. Ramal bu mahnını da yaşadı və yaşatdı. Bu əsəri neçə oxumaq istəyən yaxşı müğənnilərimiz var idi. Ancaq qismət Ramalımın oldu. Fürsəti əldən vermədi".
Sənətçilər səsyazma studiyasında birlikdə mahnını ifa ediblər.
Layihə tezliklə təqdim olunacaq.
Aysel











































