"Rəngarəng" verilişində qonaq olan Əməkdar artist Təyyar Bayramov aparıcı Zaur Nəbioğlu ilə mübahisə yaşayıb.
AZXEBER.COM xəbər verir ki, buna səbəb aparıcının sənətkarların ünvanına səsləndirdiyi fikirlər olub.
"Senzuranı sözdə istəyirsiniz, amma bizə bu əməldə lazımdır" deyən aparıcıya xanəndədən cavab gecikməyib:
"Efirlərimiz dörd nəfər xalq artistini bir verilişə yığır, amma bir dənə bayağı oxuyana xüsusi veriliş həsr edir. Məsələ burasındadır ki, o bayağı müğənnini elə efirlər brendləşdirir. Sənətkarı tək otuzdurub onun sənətindən danşmaq lazımdır. Bunu günə qədər kimə eləmisiniz bunu? Aparıcı öz verilişini satmalıdır, bilməlidir kimə nə sual verir".
Aysel