Əməkdar artist illər sonra etiraf etdi: "Tamaşaları ərimdən gizlin oynayırdım"

MƏDƏNİYYƏT
00:24 21.06.2018
12902
Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Məsmə Aslanqızı uzun müddətdir görünməməsinin səbəbini açıqlayıb.

AZXEBER.COM Milli.az-a istinadən xəbər verir ki, aktrisa bir müddət sənətdən getməsini ailə qurması ilə əlaqələndirib:
"5 ildir ki, heç bir televiziya verilişinə qatılmıram, ortalıqda görünmürəm. Buna səbəb ailə həyatı qurmağım oldu. Ailə həyatı qurandan sonra həyat yoldaşım teatrda işləməyimi istəmədi. Sözün düzü, bir müddət gizlin gəlib tamaşalarımı oynadım, amma son 2-3 ay ərzində xəbər tutdu, danışdıq, razılaşdıq və yenidən teatra qayıtdım. Biz teatrsız, sənətsiz yaşaya bilmərik. Bu, bizim artıq qanımıza, canımıza hopub" deyə əməkdar artist bildirib.

Qeyd edək ki, aktrisanın iki qız övladı var.

OXŞAR XƏBƏRLƏR