Əməkdar artist Məlahət Abbasova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Aktrisa şəxsi instaqram hesabında Azərbaycan milli komandası və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli ilə fotolarını yayımlayıb. Emrelinin yanında bacısı Aişə də olub.
Abbasova onlarla lentə alınan fotolarına "Azərbaycanımızın fəxri, "Dinamo" futbol komandasının azərbaycanlı oyunçusu Mahir Emreli və gözəllər gözəli bacısı Ayşə... Gözəl bir günün xatirəsi. Allah hər ikinizin də yolunu, bəxdini açıq etsin" sözlərini də əlavə edib.