Əməkdar artist: O qızla bağlı xəbərlərdə mənim adımı hallandırmayın!

Əməkdar artist: O qızla bağlı xəbərlərdə mənim adımı hallandırmayın!
MAQAZİN
10:58 22.05.2025
411
Əməkdara artist Mehriban Xanlarova bacısı qızı Ayselin illər sonra atasını axtarmasına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, o, bu haqda "Bizimləsən" verilişində danışıb.
 
Aktrisa adının bacısı qızı ilə bağlı xəbərlərdə yazılmasını qadağan edib:
 
"Bu gün bəzi xəbərlər gördüm ki, kimsə atasını axtarmaq qərarına gəlib. Lap yaxşı! 35 ildən sonra ata tapılacaqsa mən buna sevinə bilərəm. Mən, o xanımla bağlı yayılan xəbərlərdə "Mehribanın övladlığa götürdüyü bacısı qızı" yazısını görmək istəmirəm. Mənim adımı o qızla bağlı heç bir xəbərdə yazmayın, hallandırmayın".
 
Qeyd edək ki, aktrisa daha sonra Zaur Baxşəliyevin Ayselin atasını tapmaq üçün kömək təklifinə sərt reaksiya verib. O, əgər Aysel studiyaya gələrsə, ekspert kimi verilişdə oturmayacağını bildirib.
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR