Əməkdar artist İlkin Əhmədov saç əkdirmə əməliyyatı etdirib.
AZXEBER.COM xəbər verir ki, o bu haqda "Xəzər TV"- də "İncə səhər" verilişində deyib.
"Özümü dəyərli həkimlərimizə etibar elədim. Nəticəsi də əminəm ki, yaxşı olacaq. Əgər bunun çözümü varsa, niyə də olmasın? O qədər buna ehtiyacı olan gənclərimiz, yaşlılarımız var ki? İnsan komplekslərindən azad olur. İnşallah 3 ay sonra nəticəni görəcəyik" deyə Əməkdar artist bildirib.
Aysel