Əməkdar artist "Temu"dan təzminat tələb edir - FOTO

Əməkdar artist "Temu"dan təzminat tələb edir - FOTO
MAQAZİN
16:33 18.05.2026
433
Əməkdar artist Nahidə Orucova məşhur alış-veriş saytı "Temu"nu ya xəbərdarlıq üməktubu ünvanlayıb.
 
AZXEBER.COM xəbər verir ki, buna səbəb saytın aktrisanın görüntüsündən icazəsiz istifadə etməsi olub.
 
"Qonaqcanlı" verilişində bu haqda danışan aktrisa onlardan təzminat tələb edəcəyini bildirib:
 
"Sayt bəzi gözəllik məhsullarının reklamında mənim simamdan istifadə edib. Mətbuat katibim sayta rəsmi müraciət ünvanlayıb. Stilist Anar Ağakişiyevin mənim üçün etdiyi makiyajı öz cavanlaşdırıcı kosmetik vasitələrinin reklamı üçün istifadə ediblər. Hələ də bir tədbir görülməyib. Əslində mənə təzminat ödəməlidirlər amma heç məktuba cavab da vermədilər. Hələ ki, gözləyirik".
 
Baş verən hal ilə bağlı Temu-dan verilən açıqlamada məsələdən xəbərdar olandan sonra elanın silidiyi bildirilib:
 
"Temu" platformasında görüntülərin və ya məzmunun hər hansı icazəsiz və ya qeyri-münasib istifadəsini qadağandır. Əqli mülkiyyət hüquqlarını qorumaq və çaşdırıcı məzmunun qarşısını almaq üçün müvafiq siyasətlər və icra prosesləri həyata keçiririk.  Bu məsələdən xəbərdar olduqdan sonra, biz dərhal həmin elanı sildik və siyasətimizə uyğun olaraq bu növ halları izləməyə və aradan qaldırmağa davam edəcəyik".
Aysel

 


OXŞAR XƏBƏRLƏR