Əməkdar artist Zaur Kamalı “topa tutdu”: Müğənnilərin silikonlarını yoxlayır

Əməkdar artist Zaur Kamalı “topa tutdu”: Müğənnilərin silikonlarını yoxlayır
MAQAZİN
21:59 03.02.2020
5479
Aparıcılar içində dostlarım var ki, onların verilişlərinə getmədiyim üçün məndən inciyiblər. Bir dəfə aparıcı Zaur Kamalın "5-də 5” proqramına çıxmaq üçün şərt qoymuşdum. Dedim ki, əgər verilişinə gələcəyəmsə, tək gələcəyəm. Çünki həmin proqramda Zaur sənət yoldaşlarıma xoşagəlməz suallar verir.

Onu da demək lazımdır ki, Zaur mənə qarşı hələ belə şeylər etməyib. Amma kənardan izləyirəm, hər şeyi görürəm. Xanım həmkarlarıma sataşır. Müğənnilərə ikibaşlı suallar verib, silikonlarını yoxlayır. Bu kimi şeylər isə mənə çox yaddır.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Lalə Məmmədova deyib.

Ötən həftə "Pişik” ləqəbi ilə şou-biznesdə tanınan Günel Ələkbərovanın Zaur Kamalı tənqid etməsi ilə bağlı Lalənin mövqeyi də sərt olub:

"Güneldən daha öncə Zauru efirdə müğənnilərlə "jarqon”la danışdığına görə mən tənqid etmişdim. Söyləmişdim ki, efirdə qonağa "sən” deyə müraciət etmək olmaz. Çünki yaşca və sənət stajı ilə səndən böyükdür. Müğənni ilə dost ola bilərsən, amma "sən”, "sənin ərin”, "sənin uşaqların belə etdi” və s. kimi məişət söhbətlərini efirə gətirmək olmaz. Bu kimi söhbətlər kamera arxasında qalmalıdır. Efirin öz etiket və etika qaydaları var”.

Lalə Məmmədova müğənnilərin konsertdən gəlir əldə etmədiyini və yalnız toylardan pul qazandığını deyib:

"Bəyəm konsertdən pul qazanan müğənni var?!”

"Xalq artisti Röya Ayxan müsahibələrində deyir ki, mən konsertdən pul qazanıram” şərhinə isə L.Məmmədovanın reaksiyası belə oldu:

"Röya Ayxandan soruşacam görək nə qədər qazandı? Bəlkə o, konsertindən qazana bilər, amma inanmıram ki, milyonlar qazansın. Röya xanım da boynuna alacaq ki, bizim gəlir yerimiz sırf toylardır”.

Əməkdar artist redaksiyamızın əməkdaşı ilə söhbətində prodüser Təranə Səmədovanın "Şou-biznesdə kasıbçılıqdır, pul yoxdur” açıqlamasını yalanladı:

"Çalışan sənət adamı üçün hər zaman pul var. Bizim yeganə gəlir mənbəyimiz toylardır. Şou-biznesimiz bizim toylardır. Mənim gəlirim toylardır. Bir müddət əvvəl dedim ki, ayda 300 manat maaş alıram, camaat elə bildi, deyirəm, 300 manatla dolanıram. 195 manat Azərbaycan televiziyasından, 100 manat da əməkdar artist fəxri adına görə alıram. Buda cəmi 300 manat edir.

Bu fikirlərim düzgün anlaşılmadı və izləyicilər məni topa-tüfəngə tutdular. Başladılar hamı bir ağızdan "300 manat alır, amma toylara necə geyinib gəlir” deməyə. Müsahibəni sona kimi oxumayıblar. Əlbəttə, toylardan qazanmasam bu cür geyinə, mahnı yazdıra bilmərəm. Pullarımın çoxu elə mahnılarımın alınmasına gedir”.

Son günlər xeyli çəki atan Lalə Məmmədova bunun səbəbini həyat tərzi ilə əlaqələndirdi:

"Hazırda çəkim 58 kiloqramdır. Amma çəkim 60 kiloqrama çatanda fövqalədə vəziyyət elan edirəm. Xüsusi pəhrizim yoxdur. Əsəb, stress elə mənim pəhrizimdir (gülür). Pəhrizdəyəm, idman edirəm, qaçıram. Hərdən tükəndiyim anlar olur. Onda yemək yemək də yadımdan çıxır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
13:24 22.10.2026
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
13:22 22.10.2026
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
13:05 22.10.2026
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
13:00 22.10.2026
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
12:51 22.10.2026
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
12:50 22.10.2026
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
12:28 22.10.2026
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
Prezident Yardımlıya icra başçısı təyin etdi
12:21 22.10.2026
Prezident Yardımlıya icra başçısı təyin etdi
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
12:18 22.10.2026
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
12:17 22.10.2026
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
12:15 22.10.2026
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
12:08 22.10.2026
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
12:00 22.10.2026
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
11:52 22.10.2026
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
11:49 22.10.2026
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac əkib - FOTOLAR
11:43 22.10.2026
“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac əkib - FOTOLAR