Əməkdar artistdən Bəhramın ölüm xəbərinə reaksiya: “Ailəniz, namusunuz, qeyrətiniz yoxdur”

Əməkdar artistdən Bəhramın ölüm xəbərinə reaksiya: “Ailəniz, namusunuz, qeyrətiniz yoxdur”
MAQAZİN
15:31 17.06.2020
2713
"Son söhbətimizdə Bəhram söylədi ki, nəfəs daralmam, qızdırmam yoxdur, özümü yaxşı hiss edirəm. Lakin iki gün əvvəl Bəhramın halı pisləşib. Hazırda o, EKMO aparatına qoşulub. Həkimlər əllərindən gələni edirlər ki, onun müalicəsi düzgün getsin”.

Bu sözləri Əməkdar artist Cabir İmanov "Planet Parni iz Baku” komandasının üzvləri Ələkbər Əliyev və Əməkdar artist Tahir İmanovun "Instagram”da açdıqları canlı yayımda qonaq olarkən deyib.

"Çox çətin və pis vəziyyətdir. Əlimizdən hazırda yalnız dua etmək gəlir. Gərəksiz insanlar yenidən peyda olub, çirkin əməllərindən vaz keçmirlər. Bəhramın ölümü barədə yalan informasiya yaydılar. Xəstəxanada video çəkib, altından yazdılar ki, bu Bəhramdır. O vəziyyətdə olan bir xəstəni çəkib, hamıya göstərmək nə dərəcədə doğrudur? Sizin ailəniz, namusunuz, qeyrətiniz yoxdur ki, çəkib belə şeyləri yayırsınız? Sizə ar və ayıb olsun! Bu, tərbiyəyə və əxlaqa sığmır”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

B.Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
 
///Oxu.Az
 

OXŞAR XƏBƏRLƏR