Sentyabrın 24-də Yasamal rayonu ərazisində 58 yaşlı kişi qəfil ölüb
AZXEBER.COM lent.az-a istinadən məlumatına görə, K.Kazımzadə küçəsi 115/41 ünvanında yaşayan İsmayıl Tağızadəyaşadığı mənzildə insult keçirib və dünyasını dəyişib. Həkimlər ona beynin işemik insultu diaqnozu qoyub. Əldə edilən məlumata görə, İ.Tağızadə Azərbaycanın əməkdar artistiSüleyman Tağızadənin oğludur. Qeyd edək ki, İ.Tağızadə Bakıda yaşasa da, Rusiya vətəndaşlığını qəbul etmişdi.