Əməliyyat masasında ölən Vüsalənin həkimi: "Hər şey ildırım sürəti ilə oldu"

Əməliyyat masasında ölən Vüsalənin həkimi: "Hər şey ildırım sürəti ilə oldu"
SOSİAL
11:12 13.01.2017
3016
Yanvarın 12-də 5 saylı şəhər klinik xəstəxanasında 31 yaşlı Vüsalə Məmmədovanın əməliyyat zamanı ölümü ilə bağlı araşdırma aparılır.
Ölüm faktı ilə bağlı ekspertizalar təyin edilib və ekspertlərin rəyi əsasında fakta görə cinayət işi açıla bilər. Hazırda məsələ ilə bağlı Nərimanov prokurorluğunda araşdırmalar davam etdirilir.  
V.Məmmədovanı əməliyyat edən cərrah Anar Mehdiyev Lent.az-a açıqlamasında bildirib ki, əməliyyatdan əvvəl bütün analizlər götürülüb: "Vüsalə Məmmədova qasıq yırtığının əməliyyatından əvvəl bütün analizləri verib. Onun arteriya damarlarında laxtalanma var idi və bununla bağlı da lazımı profilaktika da həyata keçirilmişdi. Əməliyyat özü də elə ağır əməliyyat deyildi, qısa zaman ərzində həyata keçirilən əməliyyat idi. Amma hələ də bizə qaranlıq olan səbəblərdən tromboemboliya baş verdi və trombların qalxması nəticəsində xəstənin ürəyində problem yarandı. Hər şey ildırım sürəti ilə baş verdi”.
Cərrah əlavə edib ki, əməliyyat zamanı hər hansı qanaxma baş verməyib və ölüm faktılnın səbəbi ekspertizanın rəyi nəticəsində dəqiqləşəcək
Qeyd edək ki. V.Məmmədovanın ailəsi onun həkim səhlənkarlığının qurbanı olduğunu bildirib. Mərhumun həyat yoldaşı deyib ki, həkim əməliyyat zamanı xəstənin damarını zədələyib. Hətta həkim hadisədən sonra mərhumun ailə üzvlərinə əməliyyat pulunu qaytararaq ''olur də belə şeylər'' deyərək gedib.
//Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
18:34 11.03.2025
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
18:21 11.03.2025
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
İradə İbrahimova gözəllik sirrini bölüşdü
18:10 11.03.2025
İradə İbrahimova gözəllik sirrini bölüşdü
Əməkdar artist Türkiyədə trend oldu - AUDİO
17:53 11.03.2025
Əməkdar artist Türkiyədə trend oldu - AUDİO