Əməliyyatdan çıxan 6 yaşlı uşaq öldü

Əməliyyatdan çıxan 6 yaşlı uşaq öldü
Bütün Xəbərlər
11:42 04.04.2015
3243
Bir müddət öncə Bakıda klinikaların birində əməliyyat olunan uşaq ölüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Loğman klinikasında baş verib. Biləcəri qəsəbəsi yeni sahədə yaşayan 2009-cu il təvəllüdlü Murad Qurbanzadə Loğman klinikasında burun-boğaz əməliyyatı olunub.
O, əməliyyatdan sonra evə köçürülüb. Bir həftə sonra evdə burnundan qanaxma başlayıb. Altı yaşlı uşaq xəstəxanaya aparılarkən yolda vəfat edib.
Binəqədi Rayon Prokurorluğundan bildirib ki, faktla bağlı ekspertizalar təyin olunub, araşdırma aparılır. Araşdırmaların nəticəsində ölümün səbibi bəlli olduqdan sonra növbəti addımlar atılacaq. Hələ ki hadisə ilə bağlı cinayət işi açılmayıb.
OXŞAR XƏBƏRLƏR