Əməliyyatdan sonra dünyasını dəyişən 6 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb

Əməliyyatdan sonra dünyasını dəyişən 6 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb
Bütün Xəbərlər
15:43 04.04.2015
2007

İstintaq aparılır.

Bakıda 6 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb.AZXEBER.COM-un məlumatına görə, bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbər Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, həmin faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə “Loğman” klinikasında baş verib. Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Murad Qurbanzadə rayon ərazisində yerləşən “Loğman” klinikasında burun-boğaz əməliyyatı olunub. Uşaq əməliyyatdan bir həftə sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR