Katarakt

Əməliyyatdan sonra ölən 22 yaşlı modelin həkiminin həbs xəbəri yalan çıxdı: "Həkim azadlıqdadı"

SOSİAL
16:02 03.10.2017
7013
Əməliyyatdan sonra həyatını itirən 22 yaşlı azərbaycanlı model Leyla Oruclunun həkimi Sirus Qoçxani həbs xəbəri yalan çıxıb.

AZXEBER.COM xəbər verir ki,  Lider Tv-də yayımlanan "Bu bizik” verilişinin aparıcı Tarıx Əliyevin (Tolik) bu barədə danışması ilə bağlı xəbər yayılsa da, xəbər həqiqəti əks etdirməyib. 
 
Belə ki, Tolik verilişdə Leylanın ölümü ilə bağlı yox ötən aylarda vəfat edən aktirsa Milanın ölümü ilə bağlı danışaraq, onu əməliyyat edən həkimin həbs edildiyini deyib. Ancaq mətbuatda nədənsə Leylanın ölümü ilə bağlı xəbər dərc edilib. 
 
Mövzunun aktuallığını nəzərə alaraq bir müddət öncə əməliyyat olunduqdan sonra vəfat edən model Leyla Oruclunun həkimi Sirus Qocqani ilə də əlaqə saxladıq. S.Qoçxaninin əməliyyatda olduğunu deyən köməkçisi həkimin azadlıqda olduğunu və konkret olaraq Leyla Oruclunun ölümü ilə bağlı işə xitam verildiyini deyib:
 
"O işə çoxdan xitam verilib. Həkimin günahı olmadığı bəlli oldu. Prokurora zəng vurub soruşa da bilərsiniz. Həkim azadlıqdadır, hazırda da əməliyyatdadır"
 
Qeyd edək ki, bu il iyunun 22-də model Leyla "Zəfəran Hospitalda" artıq piylərindən qurtulmaq üçün əməliyyata alınıb. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürülüb. Leyla 25 iyun tarixində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişib. 
 
Sözügedən hadisədən sonra Leyla Oruclunun ailəsi mətbuat vasitəsi ilə dəfələrlə ölümdə həkim Sirus Qoçqanini günahlandırmışdılar. Onlar həkimin əməliyyatdakı səhvlərinin nəticəsində Leylanın öldüyünü bildirmişdilər. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:14 30.07.2021

Türkiyədə meşə yanğınlarında ölənlərin sayı artdı - VİDEO

23:48 29.07.2021

Ceyhun Bayramov: "Bu çətin günlərdə Türkiyənin yanındayıq"

23:33 29.07.2021

Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanııb

23:19 29.07.2021

Kürdəmirdə gənc qız intihara cəhd edib

23:11 29.07.2021

Konfrans Liqası: "Qarabağ" növbəti mərhələyə vəsiqə qazandı

22:44 29.07.2021

Səfirlik: Frənk Pəllonun düzəlişi Azərbaycan-ABŞ tərəfdaşlığına xələl gətirmək yanaşmasını əks etdirir

22:04 29.07.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

21:47 29.07.2021

Ərdoğan: Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib

21:26 29.07.2021

Son bir həftə ərzində dörd uşağın küçəyə atılmasının səbəbi narkotik istifadəsidir - VİDEO

21:24 29.07.2021

SMA Tunarla bağlı xoş xəbər: 2 milyon dollarlıq iynə vuruldu

21:16 29.07.2021

Peyvənd oluna bilməyənlərin aqibəti necə olacaq? – VİDEO

21:03 29.07.2021

Tokioda koronavirusa yoluxma sayında yenidən rekord qırıldı

20:54 29.07.2021

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib

20:49 29.07.2021

Fermerlərin nəzərinə: Agentlikdən virusla bağlı XƏBƏRDARLIQ

20:32 29.07.2021

İbrahim Kalın: "Meşə yanğınları milli fəlakətdir"

20:12 29.07.2021

Rusiya və Çin genişmiqyaslı hərbi təlimlərə başlayır