Musiqiçi olan azərbaycanlı nazir və məmurlar: Onlar kimlərdir?

SOSİAL
15:18 05.11.2018
11443
Hansı statusda olmasından asılı olmayaraq, hər kəsin öz maraq dairəsi və hobbisi var. Hazırda yüksək vəzifə daşıyan məmurlar arasında paralel olaraq yaradıcılıqla məşğul olanlar az deyil. Bu da cəmiyyət tərəfindən müsbət qarşılanır. 

AZXEBER.COM mahnı bəstələyib, həmin mahnılara söz müəllifliyi edən məmurlarla bağlı araşdırma aparıb.
 

 

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev də musiqiyə xüsusi marağı ilə seçilən məmurlardandır. Azərbaycanın Milli Qəhrəmanı məharətli gitara ifası ilə qəlblərə yol tapıb.

Məclislərdən birində DTX rəisi gitarada məharətlə ifa edib və rus dilində mahnı oxuyub. Onun bu ifası ictimaiyyətin böyük marağına səbəb olub və rəğbətlə qarşılanıb. Xatırladaq ki, Mədət Quliyev incəsənət və idmanla da məşğul olur.
 

 

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov "Kamal” təxəllüsü ilə bəstələr yazır. Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların bəstəsi ona məxsusdur.

Bu sırada məşhur müğənnilər Alim Qasımov, Nəsibə Abdullayeva, İlhamə Quliyeva, Aygün Kazımova, İlqar Muradov, Aygün Bəylər, Röya Ayxan və digərlərini misal göstərmək olar. Bəstələrinin sözlərinin bəzisi Leyla Əliyevaya, bəziləri Baba Vəziroğluna məxsusdur.
 

 


"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bir çox mahnıların söz müəllifidir. Dədə Şəmşir ocağının davamçısı C.Qurbanov "Dünya qəmli nağıl imiş” adlı kitabın müəllifidir.

Onun sözlərinə yazılmış musiqiləri tanınmış ifaçılardan Röya Ayxan, Gülyanaq Məmmədova və digərləri ifa edib. QSC sədri eyni zamanda aşıq sənətinə xüsusi maraq göstərir və bu sənətin inkişafına öz dəstəyini verir.
 

 


Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycanın, Türkmənistanın xalq, Dağıstanın isə əməkdar artistidir. Musiqiçi ailəsində dünyaya göz açan Polad Bülbüloğlu özünəməxsus ifa tərzi ilə milyonların sevgisini qazanıb.

Özünə soyad kimi atasının – opera müğənnisi Bülbülün adını götürən P.Bülbüloğlu onlarla filmdə rol alıb, yüzlərlə ifası ilə məşhurluq qazanıb. Uzun müddət Mədəniyyət naziri işləyən səfir kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.
 

 

Milli Məclisin deputatı Qənirə Paşayevanın yazdığı şeirlərə müxtəlif bəstələr yazılıb. Sevinc Tofiqqqızı və digər bəstəkarların millət vəkilinin sözlərinə yazdığı musiqilər cəmiyyətdə böyük populyarlıq qazanıb.

Müğənillərdən Aybəniz Haşımova, Gülyanaq Məmmədova, Firuzə İbadova, Ayaz Qasımov, Niyam Salami və digərləri Qənirə Paşayevanın sözlərinə yazılmış bəstələri ifa ediblər.

Azər Niftiyev,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

03:00 24.09.2021

Dövlət başçısı: "BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gündə icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı"

02:53 24.09.2021

Prezident: "Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq"

02:49 24.09.2021

Dövlət başçısı: "Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir"

02:48 24.09.2021

İlham Əliyev: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur"

02:46 24.09.2021

İlham Əliyev: "Azad olunmuş ərazilərin 7 200 meqavat günəş enerjisi və 2 000 meqavat külək enerjisi potensialı var"

02:45 24.09.2021

Prezident: "BMT Nizamnaməsinə əsasən, Ermənistan Azərbaycana qarşı ağır cinayətlərə görə məsuliyyət daşımalıdır"

02:42 24.09.2021

Prezident: "Azərbaycan tolerantlıq və sülh şəraitində yaşama nümunəsidir"

02:40 24.09.2021

İlham Əliyev: "Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarətə götürülüb"

23:50 23.09.2021

Hikmət Hacıyev İranın XİN başçısının müavini ilə görüşüb - FOTO

23:20 23.09.2021

Həkim-pediatr: “Koronavirusdan sağalan uşaqlarda çoxsistemli iltihab sindromuna daha çox rast gəlinir”

23:05 23.09.2021

Azərbaycan Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verdi

22:55 23.09.2021

Husilər Yəmənin bir əyalətini nəzarətə götürüblər

22:38 23.09.2021

Medianın İnkişafı Agentliyində görüş keçirilib - Fotolar

22:31 23.09.2021

BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Kabilə qayıdıb

22:12 23.09.2021

Moskvada Azərbaycana qarşı təxribat məzmunlu film – VİDEO

21:46 23.09.2021

Avropa İttifaqı Əfqanıstanda nümayəndəliyinin açılması üzərində işləyir