Emil Nəsirli Rusiya Təbiət Elmləri Akademiyasının akademiki seçilib - FOTOLAR

Emil Nəsirli Rusiya Təbiət Elmləri Akademiyasının akademiki seçilib - FOTOLAR
SAĞLAMLIQ
13:15 28.10.2024
801
"Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Rusiya Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin qərarı ilə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. 

AZXEBER.COM xəbər verir ki, Emil Nəsirli bu Fəxri ada "Elm və təhsilin fənlərarası problemləri” mövzusunda elmi araşdırmalara, yazıb çap etdirdiyi kitablara görə layiq görülüb.

Rusiya Təbiət Elmləri Akademiyasının  prezidenti, Rusiyanın tanınmış regionşünas alimi, professor, Regional iqtisadi tədqiqatlar İnstitutunun direktoru  Peter İosifoviç Burakın adından  Emil Nəsirliyə  Rusiya Təbiət Elmləri Akademiyasının  əcnəbi üzvlük diplomunu və vəsiqəsini Rusiya Təbiət Elmləri Akademiyasının  vitse-prezidenti, tibb elmləri doktoru, professor, tibb xidməti general-leytenantı, Hərbi Tibb Akademiyasının akademiki,  Rusiya Federasiyasının elm və texnika sahəsində Dövlət Mükafatı laureatı Novikov Vasili Semenoviç təqdim edib.

Görüşdə Rusiya Təbiət Elmləri Akademiyasının  vitse-prezidenti V.S.Novikov azərbaycanlı alimin Rusiya Təbiət Elmləri Akademiyasına   əcnəbi üzv seçilməsini bu sahədə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinə verilən yüksək önəmin təzahürü kimi qiymətləndirib. 

Emil Nəsirli Rusiya Təbiət Elmləri Akademiyasının əcnəbi üzvü seçildiyinə görə minnətdarlığını bildirib və iki ölkə arasında müxtəlif istiqamətlərdə elmi əlaqələrin daha da inkişaf etdirilməsi üçün bundan sonra da səylə çalışacağını bildirib.

Görüş zamanı qarşılıqlı elmi əlaqələr müzakirə olunub, bu istiqamətdə müxtəlif mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.

Xatırladırıq ki, Rusiya Təbiət Elmləri Akademiyası ümumrusiya ictimai yaradıcı elmi təşkilatı olaraq yaradıcı şəxslərin özünü ifadə etməsinə, təhsilin inkişafına, fundamental və tətbiqi elmi tədqiqatların genişləndirilməsinə şərait yaratmaqla ümumi istəkdən irəli gələn bütün sahələrin alimlərini - təbiətşünasları, yüksək texnologiyaların yaradıcılarını, humanitar sahənin tədqiqatçılarını  və s. öz ətrafında birləşdirir.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik