Ötən gün müğənni Emil Bədəlov yeni doğulan qızına parti keçirib.
AZXEBER.COM-un məlumatına görə, müğənninin həmkarı Vuqar Muradov sosial şəbəkədəki paylaşımı ilə diqqəti cəlb edib. O yazıb ki, bu cür partilər pul yığmaq üçün keçirilir: "Belə getsə, uşaqlarının ilk dəfə tualetə getməyinə görə də məclis keçirəcəklər. Dəvətnamədə yazacaqlar ki, uşağımızın bezi batırması münasibətilə sizi dəvət edirik. Pul yığmaq üçün bilmirlər nə etsinlər”
Müğənni Emil AZXEBER.COM-a açıqlamasında həmkarına qarşı sərt danışıb: "Onun mənim ünvanıma söz atmaq başı üçün deyil. Mən o məclisə heç bir şou-biznes əhlini dəvət etməmişəm. Sadəcə 30 nəfərdən ibarət ailə məclisi idi. Yəqin o sözü mənə deməyib”
Daha sonra elə Emil Bədədlov həmkarı ilə əlaqə saxlayıb.
Vüqar isə dediklərin ona aid olmadığını qeyd edib.
"Ayıb olsun Emil o nə sualdır. Sən mənim 20 illik dostumsan. Bu qərəzli hadisədir. Sadə aramızı vurmağa çalışırlar.”