Emin Ağalarov Moskvada Eldar və Nigarın şərəfinə gecə düzənləyəcək

Emin Ağalarov Moskvada Eldar və Nigarın şərəfinə gecə düzənləyəcək
ŞOU-BİZNES
10:12 31.05.2011
1173

Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni Emin Ağalarov iyunun 2-də "Zafferano" Terrasında "Eurovision" mahnı müsabiqəsinin qalibləri Eldar və Nigarın şərəfinə gecə təşkil edəcək. ANS PRESS-in müğənninin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, müğənni bu gecəni təşkil etməklə öz həmvətənlərinə dəstək vermək istəyir.

Qaliblər isə onlara birincilik qazandıran kompozisiyanı ilk dəfə olaraq Moskvada ifa edəcəklər.

 

OXŞAR XƏBƏRLƏR