Tanınmış müğənni və bəstəkar Emin Ağalarov “BBC səhər” proqramının qonağı olub. AZXEBER.COM-un məlumatına görə, Emin Ağalarov səhər proqramında Azərbaycan, Rusiya həmçinin Böyük Britaniyada məşhurlaşmağa başlayan müğənni kimi musiqi karyerası barədə məlumat verib. Emin Ağalarov, eləcə də Avropanın BBC Radio 2, Magic FM kimi ən məşhur musiqi radiostansiyalarının onu dəstəklədiyini vurğulayıb. İfa etdiyi mahnıların digər ölkələrdə tərcümə olunaraq məşhurlaşmağını müğənni özünün uğuru kimi qiymətləndirib. Müğənni “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi və o zamanlar Sovet hakimiyyətinin tərkib hissəsi olan Bakı şəhərində anadan olduğunu söyləyib. O, yeniyetmə yaşlarında təhsil almaq üçün İsveçrəyə getdiyini, daha sonra isə ABŞ-ın Nyu-York şəhərində biznes məktəbini bitirdiyini qeyd edib.