Tanınmış bəstəkar-müğənni EMİN bu gün Dənizkənarı Milli Parkda təşkil olunan "EuroVillage"də çıxış edəcək.
Musiqiçi konsert proqramının sonunda səhnəyə çıxacaq. Konsertdə Emin Ağalarovla birlikdə İrlandiyanın “Eurovision” təmsilçisi Jedward qrupu və Azərbaycanlı ifaçılar Növrəsli qardaşları çıxış edəcək. Konsert proqramında Qaval rəqsi, baraban şousu və eləcə də rəqqasə Məryəmin şousu olacaq. Bundan başqa konsert müddətində Dj-in müşayiəti ilə maraqlı müsabiqələr təşkil olunacaq.
Bu günki konsertin proqramı: 13:00 - 14:00 DJ 14:00 - 15:00 Karaoke 15:00 - 16:00 DJ 16:00 - 17:00 Müsabiqə Formula-1 oyunu 17:00 - 19:00 DJ 19:00 - 20:00 DJ Müsabiqə 20:00 - 20:30 Qaya qrupu 20:30 - 20:45 Baraban şou 20:45 - 21:05 Məryəm 21:05 - 21:10 Qaval rəqsi 21:10 - 21:25 Növrəsli qardaşları 21:30 - 22:00 Jedward - İrlandiya 22:00 - 22:30 Emin Ağalarov