Emin Ağalarov 'Euroclub'da konsert verdi

MƏDƏNİYYƏT
13:29 28.05.2012
2442
Tanınmış bəstəkar və müğənni Emin Ağalarov “After the Thunder” albomunu təqdim edib.Təqdimat “EuroClub”da baş tutub.Təqdimatdan əvvəl Emin Ağalarov pərəstişkarlarının qarşısına “Eurovision-2012” mahnı müsabiqəsinin finalında oxuduğu “Never enough” mahnısı ilə çıxıb. Sonra o “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirildiyini və tarixdə qalacağını söyləyərək tamaşaçıları təbrik edib.Tanınmış müğənni və bəstəkar “After the Thunder” albomu haqqında bildirib ki, albom dünyanın iyirmi ölkəsində təqdim ediləcək. Bakı bu şəhərlərdən birincisidir. Sonra geniş konsert proqramı ilə çıxış edən E.Ağalarov, həmçinin Müslüm Maqomayevin repertuarından da mahnı səsləndirib. Onun ifası alqışlarla qarşılanıb.“After the Thunder” albomundakı mahnılardan 11-i ingilis, 2-si isə rus dilindədir. Müğənninin “Eurovision-2012” mahnı müsabiqəsinin finalında oxuduğu “Never enough” mahnısı da alboma daxildir. /// ANS

OXŞAR XƏBƏRLƏR