Emin Ağalarov Leyla Əliyevaya belə təşəkkür etdi - FOTO

SOSİAL
00:20 02.04.2016
6531
Rusiyada yaşayan azərbaycanlı müğənni, iş adamı Emin Ağalarov “Instagram”da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və övladları ilə birlikdə şəklini paylaşıb.
Emin Ağalarov paylaşdığı fotonun altında yazdığı şərhdə Leyla Əliyevaya təşəkkür edib.
"Dostluğuna, düşüncəli olmağına, dəstəyinə və balaca möcüzə oğlanlara sənə təşəkkür edirəm Leyla", - Emin şərhdə yazıb.
Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il, aprelin 30-da ailə qurublar. 2015-ci ilin mayında isə cütlük ayrılıb. Onlar dost olaraq qalacaqlarını bildiribilər.
İyul ayında Leyla Əliyeva valideyn himayəsindən məhrum olan körpə qızı övladlığa götürüb. Onun adı Əminədir.

OXŞAR XƏBƏRLƏR