Emin Ağalarovun oğlu atası ilə oynamaqdan imtina etdi

Emin Ağalarovun oğlu atası ilə oynamaqdan imtina etdi
Bütün Xəbərlər
16:11 19.08.2015
6003

Müğənni və iş adamı Emin Ağalarov oğlu ilə Xəzər sahilində keçirdiyi növbəti istirahət günü barədə təəsüratlarını bölüşüb.

Virtualaz.org saytı russianshowbiz.info-ya istinadən xəbər verir ki, bu yaxınlarda Leyla Əliyeva ilə boşandıqlarını rəsmən elan edən, ancaq uşaqlarını birgə böyüdəcəklərini və tərbiyə edəcəklərini bildirən Emin Ağalarov 6 yaşlı əkiz övladlarından birinin onunla oynamaqdan imtina etdiyini yazıb.

Səbəb isə əksər uşaqlar kimi Ağalarovun oğlunu da “yoldan çıxaran” qacetlərdir.

“Onlar atalarından əsasən iPad istəyirlər. Mən müqavimət göstərirəm. “Oğlum, axı sən atanı bir həftədir görmürsən, gəl iPad-sız oynayaq” deyirəm.

“Yox, mən səninlə oynamaq istəmirəm, mən iPad-lə oynamaq istəyirəm. Qoy Əlişka səninlə oynasın”-deyə Emin oğlu Mikayılla dialoqundan sitat gətirir.

Lakin müğənni vəziyyətdən çıxa və balacalarla anlaşa bilib. Uşaqlar saat yarıma yaxın qacetdə oyun oynayıblar, bundan sonra Emin onları maşınla gəzməyə aparıb.

OXŞAR XƏBƏRLƏR