Emin Əmrullayev Erol Özvarla Qarabağ Universitetində - Fotolar

Emin Əmrullayev Erol Özvarla Qarabağ Universitetində - Fotolar
SOSİAL
20:19 21.10.2025
153
Oktyabrın 21-də elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Qarabağ Universitetini ziyarət edib.

AZXEBER.COM xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti universitetin yeni tədris korpusunda aparılan tikinti-quruculuq işləri, Qarabağ Universitetinin Klinikası və tələbə yataqxanasında yaradılan şəraitlə tanış olub.

Qonaqlara auditoriyalar, laboratoriyalar və kitabxana nümayiş etdirilib, tədris və elmi mühitin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Daha sonra Qarabağ Universitetinin tələbələri ilə görüş keçirilib. Görüşdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev universitetin qısa müddətdə əldə etdiyi uğurlardan, tələbələr üçün yaradılan müasir təhsil imkanlarından və qarşıya qoyulan əsas hədəflərdən danışıb. Nazir vurğulayıb ki, Qarabağ Universiteti regionun intellektual və elmi potensialının inkişafında mühüm rol oynayacaq.

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar çıxışında Azərbaycan və Türkiyə arasında təhsil əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib, birgə layihələr və Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti barədə məlumat verib. O, həmçinin Qarabağ Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq və akademik mübadilələrin əhəmiyyətini vurğulayıb.

Tədbir Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin ifasında təqdim olunan konsert proqramı ilə yekunlaşıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
21:58 27.10.2026
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:53 27.10.2026
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
21:45 27.10.2026
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
21:30 27.10.2026
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
21:22 27.10.2026
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
21:14 27.10.2026
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
21:09 27.10.2026
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir?  - Hüquqi izah
21:03 27.10.2026
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir? - Hüquqi izah
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib