Emin Mahmudov: "Kuboku qazanmaq istəyirik"

İDMAN
17:57 02.06.2023
224
"Biz oyunumuzu onlara göstərərək, qələbə qazanmaq, kuboka yiyələnmək istəyirik".

Bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı kapitan meydana kuboku qazanmaq üçün çıxacaqlarını bildirib: "Yaxşı komandaya qarşı oynayacağıq. Topla əla rəftar edirlər".

Mahmudov hər iki komandanın kuboku qazanmaq əzmində olacağını söyləyib: "Komandaların üzərində təzyiq bərabər olacaq".

Qeyd edək ki, iyunun 3-də oynanılacaq "Neftçi" - "Qəbələ" matçı saat 20:00-da start götürəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR