Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə bağlı paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, müğənni L.Əliyevanı ad günü münasibəti ilə təbrik edib:
"Əziz Leyla, ad günün mübarək! Sizə ən inanılmaz şeyləri arzulayıram. Eyni parlaq insan və uşaqlarımızın gözəl anası olaraq qalın. İstilik və dəstəyə görə təşəkkür edirik, biz buradayıq!".
Videoda əkizləri Əli və Mikayılın da L.Əliyeva ilə bağlı təbriki yer alıb.