Amerikalı repçi Eminem ifaçılıq tarixi ərzində üçüncü ifaçıdır ki, "YouTube"da videoçarxlarının izlənilməsi milyarda çatıb. Statistikaya görə, sosial şəbəkədə 21 fevralda Eminemin videosuna 1 milyadr 163 min 659 baxış olub. Eminemə qədər "YouTube"nin milyarderlər klubunun üzvləri Castin Biber (1,3 milyard ) və Ledi Qaqa (1,1 milyard ) idilər.
Famecount.com hesablamalarına görə, Eminem yaxın zamanlarda Ledi Qaqanı ötüb keçə bilər və "Facebook"un ən populyar müğənnisinə çevrilə bilər.
Qeyd edək ki, Eminem 2010-cu ilin ən uğurlu ifaçılarından olub. Onun sonuncu "Recovery" diski 6 milyon nüsxə ilə satılıb və ən yaxşı rep albom kimi "Gremmy" mükafatı alıb.
"YouTube"nin milyarderlər klubuna gəlincə isə, Famecount.com ehtimallarına görə, ora yaxın zamanlarda pop-müğənni Rihanna düşə bilər.