Əmiqızı, xalaqızıyla evlənmək dönəmi bitdi! – “Təkcə bizdədir, xristianların heç biri belə etmir”

SOSİAL
13:24 30.07.2024
1790
Xəbər verdiyimiz kimi, Azərbaycanda 16 yaşına çatmayan şəxslərlə nişanlananlar və evlənənlər cəzalanacaq.
 
Həmçinin əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa da təsdiqlənib.

Bəs, bu qərarın tətbiq edilməsi gələcəkdə hansı müsbət dəyişikliklərə yol aça bilər?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bu qərarın heç bir vətəndaşın hüququnu
məhdudlaşdırmadığını bildirib:

 

"Əlbəttə ki, biz dünyəvi dövlətin prinsiplərinə uyğun davranmalıyıq. Qanunvericilikdə hər hansı dəyişikliklər ediriksə, bu prinsipləri əsas götürməliyik. Ona görə də, bu qərar hər hansı vətəndaşın hüququnu məhdudlaşdırmır. Əksinə onların təhlükəsizliyi, sağlamlığı istiqamətində dövlətin atdığı müəyyən addımların vacib olduğunu göstərir. Bu səbəbdən də bəzən insanlar öz faydalarına uyğun olan məsələləri düzgün qiymətləndirmirlər. Düşünürəm ki, əgər bu onların lehinədirsə, bunu normal qarşılamaq lazımdır və bu istiqamətdə hər hansı bir problem olmamalıdır. İnsanlar da gələcək nəsillərin sağlamlığı və qorunması naminə bu qərara qarşı anlayışlı olmalıdırlar”.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan sosioloq Əhməd Qəşəmoğlu isə bu cür evliliklərin qarşısının alınması istiqamətində ən tutarlı addımın maarifləndirmə olduğunu bildirib:

 

"Biz mütləq şəkildə erkən nikahların, qan qohumluğu olan şəxslərin evlənməsinin qarşısını almalıyıq. Çünki bu proseslərdən fəsadlar ortaya çıxır. Əvvəla, qan qohumluğuyla evlənməklə xəstə uşaqların sayı çoxalır. Erkən nikah insanların kariyerasını qurmağa mane olur. Bu məsələlər bir müsbət hal kimi vətəndaşlara təbliğ olunmalıdır, izah edilməlidir ki, bundan niyə uzaqlaşmaq lazımdır? Hər zaman cəmiyyətdə yalnız qadağa ilə işi bitmiş hesab etmək olmaz. Bu qadağaları etməmişdən öncə ən azı yarım il müddətində maarifləndirmə işi aparılmalıdır, sonra həmin qadağalar elan olunmalıdır. Qadağalar elan edildikdən sonra yenə də izahat işləri geniş şəkildə aparılmalıdır. Yoxsa bu əhalidə ciddi əsəb gərginliyi yaradır, o cümlədən onlar normaları pozmaq üçün gizli yollar axtarırlar. Nəticədə xoşagəlməz mənzərə yaranır".
 
Sosioloq hesab edir ki, erkən nikahların baş verməsinin əsas səbəblərindən biri gənclərin işsiz olmasıdır:
 
"Digər tərəfdən erkən nikahların baş verməsinin səbəblərini öyrənməliyik. Azərbaycanda niyə erkən nikahlar çoxalır? Mən bir ara sosioloji araşdırmalar aparırdım və üzə çıxarmışdım ki, erkən nikahların əsas səbəblərindən biri də iş yerlərinin az olması ilə bağlıdır. Valideyn deyir ki, rayonda yaşayırıq, qızım universitetə girib, onu şəhərə göndərməyə pulum yoxdur. Öz yaşadığımız yerdə iş yerləri məhduddur. Bu baxımdan da ilk olaraq evliliyin səbəbləri üzə çıxarılmalıdır. 
 
Valideyni maarifləndirmək sahəsində iş getmir. İkinci mərhələdə qan qohumluğu əsasında evlənənlərlə bağlı məsələyə din xadimlərini cəlb etmək lazımdır. Onlar bu məsələdə cəmiyyətə müqavimət göstərməlidirlər. Din xadimlərinə izah etmək lazımdır. İzah etmək lazımdır ki,  İslamda o şey ki insan orqanizmi üçün zərərlidirsə, bu birbaşa haramdır. Məsələn, su, çörək müqəddəsdirsə, çox yeyəndə haramdır. Siz təsəvvür edin ki, xristianların heç biri qan qohumuyla evlənmir. Onlar eşidəndə ki, müsəlmanlar belə addım atır, çox gülürlər və lağ edirlər. Yaxşı olar ki, QHT-lər növbəti qrant müsabiqələrində bu məsələyə diqqət etsinlər. KİV-lərin, televiziyaların bu maarifləndirmə işlərinə cəlb edilməsi vacibdir".
 
Oksana Orucova

Yazı Medianın İnkişafı Agentliyinin "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər