AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbərinə görə, Qiymətləndiricilər Palatasının təklifinə əsasən, qiymətinin bazar reallığından xeyli yuxarı və ya aşağı göstərildiyi şübhə doğuran kommersiya obyektləri üzrə sənədlər notariuslar tərəfindən qiymətləndirilməyə göndərilsin.
Bəs yeni mexanizmin tətbiqi daşınmaz əmlak bazarında qiymətlərə necə təsir edəcək?
Ekspert Vüqar Oruc bildirib ki, icbari qiymətləndirmə sırf inzibati və nəzarət xarakterli bir alət olduğu üçün qiymət artımına və ya azalmasına birbaşa rəvac verməyəcək. Çünki, azad bazar iqtisadiyyatında qiymətləri formalaşdıran amillər tamamilə fərqlidir.
Bir çox xarici ölkələrdə uğurla sınaqdan çıxmış bu sistemin Azərbaycanda tam tətbiq olunması üçün isə ilk növbədə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməlidir. bu istiqamətdə Ədliyyə Nazirliyi ilə müzakirələr aparılıb.











































