Çempionlar Liqası:"Hapoel" - "Sabah" oyununun başlama vaxtı və yeri açıqladı

Çempionlar Liqası:"Hapoel" - "Sabah" oyununun başlama vaxtı və yeri açıqladı
İDMAN
13:44 12.08.2026
149
UEFA Azərbaycan çempionu "Sabah" və İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) arasında Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının başlama vaxtını və məkanını açıqlayıb.

AZXEBER.COM qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdəki "Culeşti" stadionunda keçiriləcək.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Tərəflər arasında cavab qarşılaşması isə avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
OXŞAR XƏBƏRLƏR