Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da meydana bu gün çıxacaq.
Komandamız Buxarestdə İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq.
"Sabah"ın səfərdə "Hapoel"lə keçirəcəyi matç İctimai Televiziyada yayımlanacaq.
Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç Buxarestdəki "Culeşti" stadionunda keçiriləcək.
Bu komandalar arasında cavab matçı avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Qeyd edək ki, cütün qalib tərəfi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.











































