Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
AZXEBER.COM UEFA-nın saytına istinadən xəbər verir ki, Madrid "Real”ının hücumçusu Kriştianu Ronaldo həmkarlarını qabaqlayıb.
Dortmund "Borussiya”sı ilə qarşılaşmada iştirak edən Ronaldo dublla yadda qalmışdı. O, vurduğu 2 qolla komandasının 3:1 hesablı səfər qələbəsində mühüm rol oynamışdı.
Qeyd edək ki, Kriştianu Ronaldo 2009-cu ildən "Real”ın formasını geyinir.