Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli oldu

İDMAN
20:25 15.09.2022
335
UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holannın Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə matçdakı dəqiq zərbəsi layiq görülüb.

22 yaşlı forvard 2:1 hesabı ilə qalib gəldikləri görüşdə qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, "şəhərlilər"in yay transfer dönəmində heyətinə qatdığı Erlinq Holann məhz Dortmund təmsilçisindən alınıb.
OXŞAR XƏBƏRLƏR