Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.
Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Yarımfinalda iştirak edəcək dörd klubdan ikisi İspaniya təmsilçisidir. Bu mərhələdə hər dörd klub bir-biri ilə qarşılaşa bilər.
Yarımfinalın iştirakçları: "Mançester Siti" (İngiltərə), "Bavariya" (Almaniya), "Real" (Madrid, İspaniya), "Atletiko" (Madrid, İspaniya).Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları 26/27 aprel -3/4 may tarixlərində keçiriləcək.