Əmrahın Bakı konserti təxirə düşdü

Əmrahın Bakı konserti təxirə düşdü
MAQAZİN
21:00 24.05.2024
262

Məşhur türkiyəli müğənni Əmrahın (Küçük Emrah) Bakı konserti təxirə salınıb.

AZXEBER.COM xəbər verir ki, buna səbəb ifaçının gərgin iş qrafiki olub.

Belə ki, Əmrahın Türkiyədə deyil, ölkə xaricində olması onun Bakıda çıxışını mümkünsüz edib.

Məlumatı konsert məkanının musiqi koordinatoru Ömər Şahin təsdiqləyib. o, Musiqili proqramın yay aylarında yenidən təşkilnin düşünüldüyünü deyib.

Qeyd edək ki, bu barədə xəbəri Oxu.az saytı yayıb.


OXŞAR XƏBƏRLƏR