Emre Aydın Bakıda möhtəşəm konsert verdi - FOTOLAR

MAQAZİN
23:50 18.11.2012
2867

Nəhayət ki, Türkiyənin tanınmış müğənnisi Emre Aydının Bakı konserti baş tutdu.AZXEBER.COM-un məlumatına görə,“All star” və “Voice” prodakşnların birgə təşkilatçılğı ilə“Buta Palace”da baş tutan konsert proqramında Emre Aydından öncə səhnəyə Azərbaycanlı gənc müğənni Leyla Ramazanlı çıxdı. Təxminən 1 saata yaxın çıxışı ilə yadda qalan gənc müğənni, bütün məşhur ifalarını səsləndirdi. Leylanın ifaları zamanı onu müşayiət edən Ukraynalı rəqs qrupu da cəsarətli çıxışları ilə yadda qaldı.Qeyd edilən vaxtdan təxminən 2 saat sonra, nəhayət ki, Türk rok ulduzu səhnəyə çıxdı. Bütün sevilən mahnılarını pərəstişkarları ilə birlikdə səsləndirən Emre Aydın, "Gec də olsa, uzun müddətdir baş tutmasını istədiyimiz Bakı konsertinin reallaşmasında Bütün Azərbaycanlılara təşəkkür edirəm" deyərək, ifalarına davam etdi.Qeyd edək ki, konsertin aparıcıları Arzu Əsgərova və Ramin İbrahimov idi.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR