Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsində (referendum) ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, saat 12:00-a olan ən aktiv seçki dairəsi 14 saylı Xəzər seçki dairəsidir.
Burada 49374 seçicidən 21305 ( 43.15%) nəfəri artıq səsvermə hüququndan istifadə edib.
Ən passivi isə 19 saylı Nərimanov birinci seçki dairəsidir ki, burada qeydiyyatda olan 45690 nəfərdən 7276-sı ( 15.92%) referendumda iştirak edib.