‘Ən az maaş məhz bizim ölkədədir’ - Siyavuş Novruzov

SİYASƏT
14:13 17.12.2013
2194

Milli Məclisin deputatı Siyavuş Novruzov millət vəkillərinin maaşının artırılması ilə bağlı cəmiyyətdə yaranan fikir ayrılığına münasibət bildirib.

O qeyd edib ki, cəmiyyəti çaşdırmaq onlarda yalnış informasiya yaratmaq kimi hallar düzgün deyil: “Artıq neçə illərdir ki, parlamentdə maaş artımı olmamışdı. Sovet ölkələrinə nəzər yetirdikdə görərik ki, ən az maaş məhz bizim ölkədədir. Bir çoxları millət vəkillərinin maaşlarını müəllimlərin əmək haqları ilə müqayisə edirlər. Qeyd etməliyəm ki, parlamentin cəmi 125 deputatı var. Təhsil sahəsində isə 500 min insan çalışır. Biz daima insanların sosial rifahının yaxşı olması üçün müxtəlif qanun layihələrini müzakirə edirik. Danılmaz faktdır ki, müəllim və həkimlərin maaşları da artır. Bu dövr ərzində onların əmək haqları 51 faiz artıb. Ona görə də bu məsələ də müqayisə etmək olmaz. Bir faktı da qeyd edim ki, bu ilin dövlət büdcəsindən təhsilə ayrılan vəsait həcminə görə ordudan sonra ikinci yerdə durur. Milli Məclisin büdcəsi isə onun 3-də biridir. Müxalifətdə iqtisadiyyatı dərindən bilməyən və insanları qızışdırmaq istəyənlər var. Onlar mütləq şəkildə dünya praktikasından istifadə etməlidirlər. Belə məsələləri ortaya atmağa ehtiyac yoxdur. Bu gün Azərbaycanda bütün sahələr üzrə müsbət inkişaf gedir. Ümumiyyətlə, insanların əmək haqlarının soruşulması düzgün deyil. Bunu götürüb qəzetlərin gündəmini bəzəmək olmaz”. (qafqazinfo.az)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:48 12.02.2025

Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb